суббота, 7 апреля 2012 г.

Aliment

Gənc hüquqşünaslara bir tövsiyyə: aliment barədə iddia verərkən heç vaxt bütün zərurətlərə toxunmayın. Bu sizi gələcəkdə artırılma barədə iddia verməkd imkanından məhrum edəcək. Təsəvvür edək ki, sizin nümayəndəsi olduğunuz şəxs 7 yaşlı uşağı üçün aliment istəyir. Və xəstədir, müalicəyə ehtiyacı var. Bu zaman uşağın məktəbli olmasına, xəstə olmasına istinad etməyin. Məhkəmə onsuz da cavabdehin vəziyyətini nəzərə alacaq. Əvvəlcə ümumi qaydada iddia verin. Sonra uşağın məktəbli olmasına istinad edib artırma tələb edin. Sonra xəstəliklə əlaqədar müailəcə xərcləri və s.

вторник, 3 апреля 2012 г.

http://www.un.int/azerbaijan/index.html

http://www.chernobyl86.ru/spisok/zakon/osn_zakon/strasburg/judgments.htm -решения Евросуда на русск.языке

http://www.echr.ru/documents/decisions.htm -Avropa IH Mehkemesinin qerarlari-rusca
http://cmiskp.echr.coe.int/tkp197/search.asp?sessionid=43761640&skin=hudoc-en -Avropa IH Mehkemesinin qerarlari -ingilisce

http://www.coe.int/t/dghl/publications/hrhandbooks/index_handbooks_en.asp -avropa mehkemesinin handbook-ları

http://www.echr.coe.int/echr/translationsrss.aspx -avropa məhkəməsinin bəzi işlər üzrə qərarlarınn azərbaycanca, rusca və s. dillərdə tərcüməsi

http://legalforum.az/?cat=europe2 - avropa məhkəməsinin bəzi qərarlarının azərbaycanca tərcüməsi

http://sutyajnik.ru/articles/258.html
http://www.complexdoc.ru/ntdtext/541167/1 -вахтовый метод
http://dmgold.samomu.ru/index.php?post=26 -вахтовый метод
http://energ2010.narod.ru/perechpoln.htm - Перечень документации ответственного за электрохозяйство
http://www.kadrovik-praktik.ru/MatKadr/Poshagovye/Sokrashenie.php -сокращение работников
http://www.buhgalteria.com.ua/Hit.html?id=2005 - -сокращение работников
http://www.betapress.ru/kadrovik/etalon -образцы док-ов
http://www.kadrovik-praktik.ru/PAKETKADROVIKA/SoderjaniePK/index.php -пакет кадровика

http://www.hr-portal.ru/node/2184 -техника составления допсоглашений к трудовому контракту

PSA Qum-dəniz və Bahar


Qeydlər:

PSA-de adı çəkilən normativ aktları oxu. həmin sənədlər azleks/qanunlar papkasinda

Tərəflər: ARDNŞ, Bahar Enerji və ONŞ

Podratçı tərəflər: Bahar Enerji və ONŞ

İştirak payı: ONŞ 20%, Bahar Enerji 20%

Qüvvəyənminmə tarixi - 1 oktyabr 2010-cu il

1 oktyabr 2010 + 90 gün = 1 yanvar 2011-dək Podratçı bərpa və hasilat planın ARDNŞ-yə təqdim edir.
aldığı gündən + 60 gün ARDNŞ planı təsdiq edir. 60 gün təsdiq etməsə, qəbul edilmiş sayılır. əgər təsdiqdən imtina etsə təsdiq danışıqları başlayır + 60 gün. Nəticə verməzsə +40 günə arbitraja müraciət edilir.

ARDNŞ yuxarıdakı planı təsdiq etdikdən sonra + 3 ilə Podratçı hasilatı artırmalıdır. Artım hasilat = 2008-ci ildə 90 (ardıcıl) günün orta 1 sutkalıq hasilatı * 1.5.

Əks təqdirdə, ARDNŞ müqaviləyə xitam verə bilər. Bu zaman Podratçının xərclərinin əvəzi ödənilə də bilər, özənilməyə də. Əgər ümumiyyətlə plan təqdim edilməsə Podratçının xərc əvəzi ödənilmir.

Bərpa və hasilat proqramı təsdiq + 25 il = İşlənmə və hasilat dövrü (kontrakt bərpa sahəsi üçün) +5 il uzadıla bilər.
Cəmi 30 il

Bərpa və hasilat proqramı təsdiq + 25 il = İşlənmə və hasilat dövrü (kontrakt kəşfiyyat sahəsi üşün) +5 il uzadıla bilər

1 oktyabr 2010 + 3 il = 1 oktyabr 2013-dək Kəşfiyyat dövrü. Tərəflərin razılığı ilə 7.2.d (2-ci abzas) uzadıla bilər.

KİMP Kəşfiyyat işlərinin minimum proqramı = MEWP Minimum exploration work program: 1) kəşfiyyat sahəsində 60kvşkm seysmik kəşfiyyat, mühəndis-geoloji tədqiqat; 2) 1 kəşfiyyat quyusu qazılır

1 ilədək = Əlavə kəşfiyyat dövrü: Kəşfiyyat yaxşı gedir lakin uzatmaya ehtiyac var. Kəşfiyyat müddətinin bitməsinə 90 gün qalmış  POdratçı ARDN-yə müraciət edir. ARDNŞ 90 günə cavab verir. Podratçı ən azı 1 quyu qazır. Öhdəlik yerinə yetirilməzsə, ARDNŞ müqaviləyə xitam verir.

Podratçı kəşfiyyat dövrü/əlavə kəşfiyyat dövrü bitənədək ARDNŞ-yə Kəşf və onun kommersiya dəyəri haqqında bildiriş göndərir. Əgər bildirişi təqdim etməzsə, kəşfiyyat kontrakt sahəsinə münasibətdə Sazişə  xitam veririlir və çəkilən xərclərin əvəzi ödənilmir.

İşlənmə proqramını Podratçı bildirişdən +6 ay ərzində ARDNŞ-yə təqdimedir. Əgər proqram təqdim edilməzsə, kəşfiyyat kontrakt sahəsinə münasibətdə Sazişə vitam verilir və xərclərin əvəzi ödənilmir.

Sərbəst təbii qaz kəşf olunduğu halda yuxarıdakı 6 aylıq müddət 4 ilədək uzadılır. Həmin müddət uzadıla bilər.

İşlənmə proqramı təsdiq olunduqdan 48 ay ərzində karbohidrogenlərin kommersiya hasilatı başlanmırsa, kəşfiyyat sahəsinə münasibətdə bu Sazişə xitam verilə bilər və xərclərin əvəzi ödənilmir.

Rəhbər komitə = kontrakt bərpa sahəsi üçün İşlənmə və hasilat dövrü + 30 gün ərzində ARDNŞ və Podratçı yaradır. Rəhbər komitədə 2 ARDNŞ nümayəndəsi və 2 Podratçı  (hər podratçı 1) nümayəndəsi olur. Podratçıların sayı artıb azaldıqda ARDNŞ-nin nümayəndələrinin sayı da ona bərabərləşdirilir. Nümayəndələrin cəmi sayı 2 nəfərdən az ola bilməz. Nümayəndələrin təmsilçiləri ola bilər. Tərəflər nümayəndələr və təmsilçilərin adlarını  kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü başlandıqdan sonra 20 gün ərzində bir birlərinə bildirirlər.
Rəhbər komitənin sədri = ARDNŞ öz nümayəndələrindən birini seçir.
Rəhbər komitənin katibi = Podratçı öz nümayəndələrindən birini seçir.
Yetərsay = nümayəndələrin ümumi sayının 3/4 və ya ARDNŞ və Podratçılarln səsvermə üçün təyin etdikləri 2 şəxsin (təmsilçilrin) səsi
Rəhbər komitə ildə 2 dəfə toplanır, Bakıda.Tərəflər 15 gün əvvəl iclas barədə bildiriş almalıdırlar. 15 gün əvvəl bildiriş göndərməklə əlavə iclas keçirilə bilər.

İllik iş proqramı və Büdcə = Rəhbər komitənin təşkilindən sonra + 30 gün ərzində və bundan sonra növbəti ilə 3 ay qalmış Podratçı tərəfindən hazırlanır və Rəhbər komitənin təsdiqinə verilir.
Fövqəladə hallarda çəkilən xərclər Podratçının təqsirindən olmayıbsa, büdcəyə daxil edilir və əvəzi ödənilir.

Əməliyyat şirkəti - vergi qoyulan mənfəətin həcmi 0 (sıfıra) =dir.
İşçilər AR vətəndaşı Qüvvəyə minmə alma tarixindən 70% mühəndis, 90% fəhlə, Qüvvəyə minmə+5il 90%mühəndis, 95% fəhlə
Podratçının peşə təhsili xərci ildə 200.000-dək ödənilmir, ondan yuxarı hissəsi ödənilir.

Podratçı ARDNŞ-yə hesabatlar verir. ARDNŞ-nin yoxlamalar aparmaq hüququ vardır. 

















Net əmək haqqından gross-un tapılması düsturları


Gross=(Net*100-min ə/h*14)/83 - Gross əmək haqqı 200-dən aşağı olanlar (net max.179.09)

Gross=Net*100/83 - Gross əmək haqqı 200-2000 olanlar (net 179.09 - 1660)

Gross=(Net*100-32000)/67 - Gross əmək haqqı 2000-dən çox olanlar (net min.1660)

Bank hesabının açılması

Prosedurlar:
1) Vergilərə bank hesabının açılması üçün şəhadətnamə-dublikatın verilməsi barədə elektron ərizə ilə müraciət olunması: e-taxes.gov.az-da kargüzarlıq bölməsinə daxil olub aşağıdakı bölmələr seçilri - ərizə - bank hesabının açılması - bankın adı - filialı - valyuta - hesabın növü.
Vergilər Nazirliyindən 3 gün ərzində şəhadətnamə-dublikatın əsli banka göndərilir.
Şəhadətnamə-dublikatın müddəti banka daxil olduğu gündən 10 gündür.

2) Sənədlərin surətlərinin çıxarılması: nizamnamənin 2 ədəd surəti, reyestrdən çıxarışın 2 ədəd surəti, VÖEN-in 1 əddə surəti, bəzi hallarda səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin 1 ədəd surəti.

3) İmza və möhür nümunələri vərəqəsinin doldurulması: Şirkətin tam adı, VÖEN-i, ünvanı, telefon, faks, bankın adı, swift kodu, ünvanı. arxa hissəsində səlahiyyətli şəxsin vəzifəsi (birinci imza sözündən yuxarıda), adı, ata adı, soyadı.

4)Notarial təsdiq: notariusa aparılır: Nizamnamənin əsli və 2 ədəd surəti, Reyestrdən çıxarışın əsli və 2 ədəd, VÖEN-in əsli və 1 ədəd surəti, zərurət olduqda Səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin əsli (leqallaşdırılmışlar üçün) və 1 ədəd surəti, Möhür.

Sənədlərin əsli ilə düzgünlüyün təsdiqi - 1 nüsxədə nizamnamə, reyestrdən çıxarış, VÖEN-in surəti, zərurət olduqda səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin əsli, (leqallaşdırılmışlar üçün) əsli ilə birlikdə notariusda təsdiqlənir, notarial təsdiqdən sonra surət notariusda qalmır.

İmza və möhür nümunələrinin təsdiqi - notariusa əsli göstərilməklə təşkilatın nizamnaməsi və reyestrdən çıxarışın sadə surətləri, yaxud notarial təsdiq olunmuş surətləri verilir, imza və möhür notariusda vurulur.

5) Bankın adına ərizə yazılır/doldurulur, imzalanır və möhür vurulur.

6) Bank hesabı müqaviləsi imzalanır və möhür vurulur.

7) Aşağıda göstərilən sənədlər banka təqdim olunur:

1. Nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti - 1 ədəd
2. Reyestrdən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti - 1 ədəd
3. VÖEN-in notarial qaydada təsdiqlənmiş surəti -1 ədəd
4. İmza və möhür nümunələri vərəqəsi notarial qaydada təsdiqlənmiş -2 ədəd (açılan hesab sayından asılı olmayaraq)
5. Səlahiyyətli şəxsin təyin olunması barədə əmrin/qərarın surəti
6. Səlahiyyətli şəxsin səlahiyyətlərini təsdiq edən sənədin surəti
7. Bankın adına ərizə
8. Bank hesabı müqaviləsi
9. Şəhadətnamə-dublikatın əsli (vergilər göndərir)