вторник, 3 апреля 2012 г.

Bank hesabının açılması

Prosedurlar:
1) Vergilərə bank hesabının açılması üçün şəhadətnamə-dublikatın verilməsi barədə elektron ərizə ilə müraciət olunması: e-taxes.gov.az-da kargüzarlıq bölməsinə daxil olub aşağıdakı bölmələr seçilri - ərizə - bank hesabının açılması - bankın adı - filialı - valyuta - hesabın növü.
Vergilər Nazirliyindən 3 gün ərzində şəhadətnamə-dublikatın əsli banka göndərilir.
Şəhadətnamə-dublikatın müddəti banka daxil olduğu gündən 10 gündür.

2) Sənədlərin surətlərinin çıxarılması: nizamnamənin 2 ədəd surəti, reyestrdən çıxarışın 2 ədəd surəti, VÖEN-in 1 əddə surəti, bəzi hallarda səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin 1 ədəd surəti.

3) İmza və möhür nümunələri vərəqəsinin doldurulması: Şirkətin tam adı, VÖEN-i, ünvanı, telefon, faks, bankın adı, swift kodu, ünvanı. arxa hissəsində səlahiyyətli şəxsin vəzifəsi (birinci imza sözündən yuxarıda), adı, ata adı, soyadı.

4)Notarial təsdiq: notariusa aparılır: Nizamnamənin əsli və 2 ədəd surəti, Reyestrdən çıxarışın əsli və 2 ədəd, VÖEN-in əsli və 1 ədəd surəti, zərurət olduqda Səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin əsli (leqallaşdırılmışlar üçün) və 1 ədəd surəti, Möhür.

Sənədlərin əsli ilə düzgünlüyün təsdiqi - 1 nüsxədə nizamnamə, reyestrdən çıxarış, VÖEN-in surəti, zərurət olduqda səlahiyyətli şəxsin təyin olunması və səlahiyyətlərini təsdiq edən sənədin əsli, (leqallaşdırılmışlar üçün) əsli ilə birlikdə notariusda təsdiqlənir, notarial təsdiqdən sonra surət notariusda qalmır.

İmza və möhür nümunələrinin təsdiqi - notariusa əsli göstərilməklə təşkilatın nizamnaməsi və reyestrdən çıxarışın sadə surətləri, yaxud notarial təsdiq olunmuş surətləri verilir, imza və möhür notariusda vurulur.

5) Bankın adına ərizə yazılır/doldurulur, imzalanır və möhür vurulur.

6) Bank hesabı müqaviləsi imzalanır və möhür vurulur.

7) Aşağıda göstərilən sənədlər banka təqdim olunur:

1. Nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti - 1 ədəd
2. Reyestrdən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti - 1 ədəd
3. VÖEN-in notarial qaydada təsdiqlənmiş surəti -1 ədəd
4. İmza və möhür nümunələri vərəqəsi notarial qaydada təsdiqlənmiş -2 ədəd (açılan hesab sayından asılı olmayaraq)
5. Səlahiyyətli şəxsin təyin olunması barədə əmrin/qərarın surəti
6. Səlahiyyətli şəxsin səlahiyyətlərini təsdiq edən sənədin surəti
7. Bankın adına ərizə
8. Bank hesabı müqaviləsi
9. Şəhadətnamə-dublikatın əsli (vergilər göndərir)

Комментариев нет:

Отправить комментарий